Gimnastika
Littlle Bees Academy - də uşaqlar üçün gimnastika dərsləri keçirilir. Gimnastika uşağın həm fiziki sağlamlığını , həm də özünəinamını artırır . Uşaqlar oyunla hərəkət edərək sağlam və çevik böyüyürlər. Əyləncəli və təhlükəsiz mühitdə uşaqlar həm hərəkət edir , həm də balanslı inkişaf edirlər. Dərslərimizdə bədənlə birlikdə özünəinam formalaşır.
Dərslər nəyi əhatə edir ?
- Bədən elastikliyi və balans məşqləri
- Doğru duruş və motor bacarıqlarının inkişafı
- Kiçik yaşlı uşaqlar üçünoyunla hərəkət proqramları
- Komanda ilə işləmə və özünü ifadə
Gimnastikanın üstünlükləri :
- Sağlam fiziki inkişaf
- Diqqət və intizamın güclənməsi
- Enerjini düzgün yönləndirmə
Gimnastika dərsləri uşaqlarda hərəkətlilik və bədən nəzarəti hissini gücləndirir. Erkən yaşda bədən elastikliyi və əzələ gücü formalaşır. Gimnastika dərslərində uşaqlar öz bədənlərini tanımağı və ona nəzarət etməyi öyrənirlər. Hər məşq uşaq psixologiyasına uyğun şəkildə oyun və motivasiya ilə keçirilir. Dərslər zamanı musiqili hərəkətlər və sadə ritmik tapşırıqlar uşaqlarda musiqi duyumunu da inkişaf etdirir. İdman hərəkətləri eyni zamanda yaddaş və diqqətin artmasına da kömək edir. Bütün dərslər təhlükəsizlik qaydalarına tam uyğun şəkildə keçirilir.
Nələr öyrədilir ?
- Bədən çevikliyi və balans məşqləri
- Sadə akrobatik hərəkətlər
- Duruş , koordinasiya və nəfəs məşqləri
- Musiqi ilə hərəkət və ritmik tapşırıqlar
- Komanda ruhu və intizam

