Psixoloq
Hər bir uşaq fərqli şəkildə inkişaf edir və hisslərini ifadə etməyi öyrənməlidir. Psixoloq dəstəyi uşağın sağlamlığını qorumağa kömək edir. Uşaqda aqressiya , qorxu , utancaqlıq , və ya özgüvən çatışmazlığı varsa , bu xidmət vacibdir. Uşaq psixoloqu onunla oyun , rəsm və söhbət yolu ilə çalışır. Məqsədimiz uşağın özünü ifadə etmə bacarığını inkişaf etdirməkdir . Qısa zamanda uşaqda rahatlıq , güvən və müsbət dəyişikliklər müşahidə edilir. Erkən psixoloji dəstək gələcəkdə böyük fayda verir.
İstifadə olunan üsullar :
- Oyun terapiyası
- Rəsm və nağıl terapiyası
- Danışıq əsaslı seanslar
- Valideynlərlə mütəmadi geribildirim
Xidmətin faydaları :
- Uşağın hisslərini tanıması və ifadə etməsi
- Sosial bacarıqların güclənməsi
- Davranış və diqqət tənzimlənməsi
- Uşağın özünəinam və özünü dərk etmə qabiliyyətinin inkişafı
- Ailə içi ünsiyyətin yaxşılaşdırilması
Seanslarımız peşəkar mütəxəssislər tərəfindən kecirilir.

