Sensor Inteqrasiya
🌈Hiss edərək inkişaf et!
Uşaqlar bədənlərini və ətraf aləmi beş duyunun köməyi ilə qavrayırlar . Duyu bütünləmə terapiyası uşağın toxunma , görmə , eşitmə , dad və hərəkət duyularının beyində düzgün şəkildə işlənib , uyğun cavablar verə bilməsi üçün tətbiq olunan müalicəvi və inkişafyönümlü məşqlər sistemidir .
Bu terapiya kimlər üçündür ?
- Əlavə hərəkətli , sakit durmaqdas çətinlik çəkən uşaqlar
- Səs , toxunuş , və işığa qarşı həddindən artıəq həssas olanlar
- Geyinmək ,saç daramaq ,yemək kimi gündəlik fəaliyyətlərdə narahatlıq hiss edənlər
- Hərəkətə qarşı həvəssiz ,və ya əzələ zəifliyi olan uşaqlar
🗣️Biz nə edirik ?
- Uşağın duyusal ehtiyaclarını xüsusi qiymətləndirmə ilə müəyyən edirik
- Fərdi terapiya planı hazırlayırıq
- Əyləncəli və təhlükəsiz mühitdə balans , koordinasiya və duyusal cavab məşqləri keçiririk
- Dəstəkləyici oyunlar və hərəkətlərlə uşağın bədəni və beyni arasında uyğunluq yaradırıq
- Ailəyə dəstək və evdə tətbiq edilə biləcək üsullar təqdim edirik
💫Nəticələr nələrdir ?
- Uşaq öz bədənini daha yaxşı tanıyır və idarə edir
- Davranış , diqqət və sosial bacarıqlarda müsbət dəyişiklik yaranır
- Gündəlik həyat fəaliyyətlərində asanlaşma müşahidə olunur
- Emosional tarazlıq və özünüifadə bacarığı artır
👩⚖️Mütəxəssis komandamız
Sensor terapiya , bu sahədə ixtisaslaşmış psixopedoqoq , uşaq psixoloqu və sensor inteqrasiya üzrə terapevt tərəfindən həyata keçirilir . Hər bir uşağa fərdi yanaşma təmin edilir . Duyu bütünləmə terapiyası - uşaq özünü və dünyanı daha rahat və sevgi ilə qavramağa başlayır . Biz onun yamında oluruq .

