Haqqımızda

Little Bee Akademiyası – uşaqlar üçün təkcə təhsil məkanı deyil, həm də sevgi, qayğı və inkişafla dolu bir dünyadır.

Bizim əsas məqsədimiz – hər bir uşağın fərdi potensialını kəşf etməsi, güvənlə inkişaf etməsi və öyrənməni sevərək böyüməsidir. Uşaqların erkən yaşlarda aldığı təhsil onların gələcək uğurları üçün möhkəm bir təməl yaradır və biz bu təməlin sağlam şəkildə qurulmasına sadiqik.


Akademiyamızda:

🌼 Mini bağça – körpələrin ilk addımlarını atdığı, sevgi dolu və təhlükəsiz bir mühitdir.
📚 Məktəbəqədər hazırlıq – uşaqların məktəbə hazır və inamlı başlaması üçün nəzərdə tutulmuşdur.
🎨 Yaradıcılıq və inkişaf dərnəkləri – balacaların istedadlarını üzə çıxarır və onların bacarıqlarını dəstəkləyir.
🌍 Xarici dil kursları – öyrənməni əyləncəli oyunlarla birləşdirir.


Əlavə olaraq, uşaqlarımızın hərtərəfli inkişafı üçün aşağıdakı dəstək xidmətlərini təqdim edirik:

✔️ Psixoloq və psixopedaqoq müşahidəsi
✔️ Loqoped xidməti
✔️ Peşəkar dayə komandası


Little Bee Akademiyası – burda hər bir uşaq sevilir, anlayışla qarşılanır və öz ritmində böyüməyə təşviq olunur. Biz inanırıq ki, xoşbəxt və maraqlı bir öyrənmə mühiti, uşaqların gələcəkdə uğurlu, özünəinamlı fərdlərə çevrilməsi üçün ən vacib amildir.

Gəlin, uşağınızın ilk təhsil addımlarını bizimlə birlikdə atın.
Little Bee Akademiyasında – hər gün yeni bir kəşfdir! 🐝

X