Mini bağça
Mini bağçamız 2 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulumuş erkən inkişaf mühitidir. Kiçik arılarımız həm əylənir , həm də oynayaraq öyrənirlər. Dostluq etməyi və özlərini ifadə etməyi bacarırlar. Montessori metodu uşaqların sərbəst və təbii şəkildə öyrənməsinə imkan verir. Biz uşaqların öz tempində , öz marağı ilə , rahat və qayğıkeş mühitdə böyüməsinə şərait yaradırıq.
🐝Montessori metodunun bağçamızda üstünlükləri :
- Uşaq özü seçir - hansı oyuncaqlarla və ya dərslə məşğul olmaq istədiyini özü qərar verir.
- Əllə öyrənirlər - toxunaraq , düzəldərək , yığaraq və hiss edərək öyrənirlər .
- Müəllimlər rəhbərlik edir , mane olmur - uşaq öyrənmək istəyir , biz sadəcə onu müşahidə edirik və dəstək oluruq.
- Sakit və qaydalı mühit - hər əşyamın yeri var , uşaq yığıb - toplamağı və qaydaya salmağı öyrənir.
- Sosial bacarıqlar inkişaf edir - paylaşmaq , növbə gözləmək və dostluq qurmaq öyrədilir.

